Aprelin 6-da Özbəkistan Fərqanə Universitetinin Filologiya fakültəsinin dekan müavini professor Xavaskan Şükürova, Özbək Tibb Universitetinin müəllimi Dilnoza Əziz, şair, polkovnik-leytenant Turmirzə Oripov, Azərbaycan və Qırğızıstan Yazıçılar birliklərinin üzvü şair Muqimjon Nurbayev AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə institutdan bildirilib. Qonaqlar institutun direktoru professor Nadir Məmmədli ilə görüşərək elmi və kommunikativ əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparıblar. Görüş zamanı ali təhsil və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsi, birgə konfransların, seminarların həyata keçirilməsi, elmi araşdırmaların inkişafı və akademik mübadilə imkanları müzakirə edilib.
Vurğulanıb ki, bu görüşün təşkili beynəlxalq əlaqələrin genişləndirilməsi, ortaq elmi müzakirələrin keçirilməsi baxımından yeni imkanlar açır.
Sonra professor Nadir Məmmədliyə Çingiz Aytmatov medalı təqdim olunub.
Görüşdə Özbəkistanın Fərqanə Dövlət Universiteti ilə Dilçilik İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub, memorandum imzalanıb.
Sonda Nadir Məmmədli tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərinin üç cildini Özbəkistanın Namanqan Döblət Universitetinə bağışlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








