
Azərbaycan Televiziyası və Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədli Türkiyədə daha bir uğura imza atıb. O, Ankara şəhərində TRT kanalının dəvəti ilə kanalın yeni layihəsində iştirak edib.
“Yüzyüzə Akustik” adlı proqramda gənc ifaçı, peşəkar türk musiqiçilərinin müşayiəti ilə, həm Azərbaycan, həm də Türk bəstəkarlarının əsərlərini, xalq mahnılarını və muğam nümunələrini təqdim edib. Layihənin ilk qonağı kimi Azərbaycan sənətçisinin seçilməsi həm ölkəmiz üçün, həm də mədəniyyətimizin təbliği baxımından böyük önəm daşıyır.
Qeyd edək ki, sənətçi bu il fevralın 14-də Sevgililər günü münasibətilə Türkiyənin Qars şəhərində, martın 21-də isə Rusiyanın paytaxtı Moskvada Novruz bayramına həsr olunmuş konsert proqramları ilə çıxış edib.
Aprelin 10-da Almaxanım Əhmədli sənət dostları – müğənni Zabitə Alıyeva və bədii qiraətçi Xəzər Süleymanlı ilə birlikdə Naxçıvanda konsert proqramı ilə çıxış edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








