Azərbaycan Respublikasının Kino Agentliyinin dəstək göstərdiyi, rejissor Hilal Baydarovun “Boşluğa xütbə” adlı bədii filmi dünyanın ən nüfuzlu kino tədbirlərindən biri olan 82-ci Venesiya Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, film “Müsabiqədənkənar – Bədii Filmlər” (Out of Competition – Fiction) bölməsində təqdim olunacaq.
Rejissorun “Xütbə” trilogiyasının sonuncu filmi olan “Boşluğa xütbə” Azərbaycan, Meksika və Türkiyənin ortaq istehsalıdır.
Qeyd edək ki, bu, Hilal Baydarovun Venesiyada nümayiş olunan ikinci filmidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








