
ANmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
A.Kərimli Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi köklərə əsaslandığını qeyd edib.
O, hazırda iki ölkə arasında mədəni əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və bu istiqamətdə əməkdaşlığın genişlənməkdə olduğunu vurğulayıb.
Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, iki ölkə arasında mədəni əməkdaşlığın hər gün yeni məzmun qazandığını, münasibətlərin davamlı şəkildə dərinləşdiyini qeyd edib.
Görüş çərçivəsində tərəflər mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri, qarşılıqlı layihələr və təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin