
ANmedia.az Report-a istinadən xəbər verir ki, festival ərazisi xüsusi dekorlarla bəzədilib və beş əsas zona qurulub.
"Təhsil zonası”nda uşaqlar üçün müxtəlif yaradıcı və maarifləndirici dərnəklər fəaliyyət göstərir. Burada xalçatoxuma, STEAM, frontal zəka oyunları, dulusçuluq, döymə, oyma, rəsm, muncuq işi və digər sahələr üzrə stendlər nümayiş olunur. “İdman zonası”nda isə stolüstü tennis, şahmat, voleybol, “Şən startlar” və müxtəlif əyləncəli uşaq oyunları təşkil edilib.
Festival Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin