 Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Gürcüstanın mədəniyyət naziri xanım Tinatin Ruxadze ilə görüşüb.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Gürcüstanın mədəniyyət naziri xanım Tinatin Ruxadze ilə görüşüb.ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Görüşdə Adil Kərimli Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Bildirib ki, dövlət və hökumət başçılarının mütəmadi xarakter alan qarşılıqlı səfərləri, imzalanan sənədlər, eləcə də iki ölkənin birgə həyata keçirdiyi önəmli layihələr xalqlarımızı daha da yaxınlaşdırır. Ölkələrimiz arasında mədəniyyət sahəsi üzrə də əlaqələr dinamik şəkildə inkişaf edir. Mədəni əməkdaşlıqda yeni səhifələrin açılması üçün münbit şərait mövcuddur.
Qeyd olunub ki, Azərbaycan tərəfi Gürcüstanla yaradıcı sənayelər, muzey, kitabxana, film istehsalı və digər sahələrdə daha intensiv əməkdaşlıqda maraqlıdır.
Xanım Tinatin Ruxadze Azərbaycanla mədəni əməkdaşlığa önəm verdiklərini deyib. Gürcü nazir beynəlxalq mədəniyyət layihələrində birgə iştirak və yaradıcı kollektivlərin qarşılıqlı qastrol səfərlərinin bu sahədə əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
 
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








