
AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİ KLASSİK MUSİQİ HƏVƏSKARLARI KLUBUNDA “SƏSLƏRİN RƏNGİ: QARA QARAYEV TƏSVİRLƏRDƏ” XATİRƏ GECƏSİ KEÇİRİLƏCƏK.
ANmedia.az xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyinin müdiri Lətifə Məmmədova giriş sözü ilə çıxış edəcəkdir.
Tədbirdə sənətşünas Sədaqət Zaurqızı “Səslərin rəngi: Qara Qarayev təsvirlərdə”, xalçaçı-rəssam, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar İttifaqı Fondunun üzvü Fazil Abbasquluzadə Xalq rəssamı Tahir Salahovun “Bəstəkar Qara Qarayevin portreti” əsəri əsasında toxunmuş müəllifi olduğu xalçaların, eyni zamanda Tahir Salahovun bu əsərə dair öz əlyazma eskizləri haqqında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aytən Baxşiyeva “Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasında Qara Qarayev yaradıcılığının təbliğinə dair” mövzularında çıxış edəcəklər. Çıxışlar zamanı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş ediləcəkdir.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının tələbələri və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifalarında görkəmli bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunacaqdır.
Ünvan: Qara Qarayevin Ev Muzeyi,
Tarix: 7 may, 2025-ci il, Saat 15:00
KONSERT PROQRAMI
1. Qara Qarayev. Ifa edir: BMA-nın tələbəsi
“Yeddi gözəl” baletindən Adajio Xədicə Hacılı (skripka)
Müşayiət edir: Əli Hüseynli (f-no)
2. Qara Qarayev. “Eskiz” Ifa edir: BMA-nın tələbəsi
Əli Hüseynli (f-no)
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdləri:
3. “İnsan məskən salır” kinofilmindən İfa edir: Malik Qədimzadə (f-no)
musiqi Müəllim: Əməkdar artist Nigar Məlikova
4. “7 gözəl “ baletindən Adajio İfa edir: Amina Eyvazova (alt)
Müşayiət edir: Sevinc Kərimova
5. “Eskiz” İfa edir: Zümrüd Məmmədova (f-no)
Müəllim: Gülçin Aslanova
6. “7 gözəl” baletindən “Çin gözəli” İfa edir: Günay İsmayılova (fleyta)
Müşayiət edir: Səbinə Eldarlı
7. “Xəzər nefçiləri haqqında dastan” İfa edirlər: Samir Əsədli və Hümmət
kinofilmindən “Vals” Ziya (2 tar)
Müşayiət edir: Sevinc Kərimova
Müəllim: Samir Əsədli
Müəllim: Vaxtanq İmanov
8. “7 gözəl”baletindən “Slavyan gözəli” Şahanə Əhmədova, Nigar Babayeva,
4 kanon üçün işləmə Röya Namazova, Bəturə Əhmədova,
(4 kanon), Dəniz Quliyeva (rəqs)
Müşayiət edir: Sevinc Kərimova
Müəllim: Bəturə Əhmədova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin