
ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransın təntənəli açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə baş tutub. Plenar iclas Ü.Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən video çarxla başlayıb.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli dahi bəstəkarın xalqımızın mədəni və siyasi həyatında misilsiz xidmətləri ilə bağlı düşüncələrini bölüşüb.
Daha sonra çıxış edənlər müxtəlif məruzələrlə dahi bəstəkarı bir daha yad ediblər. Plenar iclasda akademiyanın professor-müəllim və tələbələrinin ifasında bəstəkarın əsərlərindən ibarət musiqi nümunələri səsləndirilib.
Beynəlxalq konfransda Almaniya, Rusiya, Özbəkistan, Türkmənistan və Çin alimləri əyani və qiyabi formada iştirak ediblər. Tədbirə onlayn və əyani formada qoşulan Naxçıvan və Gəncədən olan alim-tədqiqatçıların çıxışları xüsusi maraqla qarşılanıb.
Beynəlxalq konfrans maraqlı çıxışlar, canlı ifalar, videoçarxlar və müzakirələrlə işini başa vurub.



Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin