ANmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Ərzurum şəhərində Atatürk Universiteti 15 İyul Milli İradə Salonunda "Azərbaycan Mədəniyyət Görüşü" proqramı təşkil olunub.
Gənclik və İdman Müdirliyinə bağlı Gənc Ofislər, Türk Dünyası Tələbə Klubu və Azərbaycanlı Tələbələr Birliyinin əməkdaşlığı ilə reallaşan gecədə çıxış edən Erzurum Valisi müavini Lokam Düzgün, "Türkiyə və Azərbaycanın ürəklərdə kök salmış qardaşlığı, ortaq tariximizə və mədəniyyətimizə əsaslanır. Dövlətimizin qurucusu Gazi Mustafa Kamal Atatürkün ‘Azərbaycan xalqının sevinci sevincimiz, kədəri kədərimizdir.’ sözü aramızdakı qırılmaz bağların ən gözəl ifadəsidir. Bunun ən gözəl nümunələrindən biri Dağlıq Qarabağın işğaldan azad edilməsi prosesidir. Türkiyə, siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın haqq işində ən böyük dəstəkçisi olmuşdur.
Həmçinin, əsrin fəlakəti olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra, Türkiyənin yardımına ilk gələn ölkələrdən biri qardaş Azərbaycan olmuş, axtarış və xilasetmə qrupları zəlzələ bölgəsində öz vətənlərindəki kimi çalışmış, Azərbaycan xalqı Türkiyənin acısını ürəyində hiss etmişdir." deyə qeyd etdi.Proqrama; Vali müavini Lokman Düzgün, Azərbaycanın Kars Baş Konsulu Zamin Əliyev, Erzurum Texniki Universitetinin rektoru Prof. Dr. Bülent Çakmak və Gənclik və İdman Şəhər Müdiri Levent Çakmur qatıldılar. Böyük maraq olan tədbirdə Azərbaycan şirniyyatları, içkiləri, mahnıları, musiqiləri, şeirləri və Türk Dünyasına aid bayraq nümayişi izləyicilərə unudulmaz anlar yaşatdı. Həmçinin tədbirdə
Azərbaycanın böyük şairlərindən, Türkiyə-Azərbaycan dostluğu üçün bütün ömrü boyu çalışmış Bəxtiyar Vahabzadənin " Azərbaycan - Türkiyə" şeirindən aşağıdakı sətirləri oxuyan Vali müavini Lokmamn Düzgün:
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Bu sətirlərin qardaşlığımızın ən gözəl ifadəsi olduğunu vurğuladı. Bu mədəniyyətlə dolu görüş, mədəniyyətlərarası dostluğun ən gözəl nümunələrindən biri olaraq yaddaşlarda iz buraxdı.


Vasif Şükür