29 noyabr tarixində Ağdaş Dövlət Humanitar Kollecinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Ağdaş Dövlət Humanitar Kollecinin akt zalında "Gənclər üçün təhsilin idarəedilməsi sahəsində karyera planlaması" adlı tədbir keçirilib.
ANmedia.az xəbər verir ki, tədbirin açılışında Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Mirvari Ağayeva dəvət edilən qonaqları, kollektivi və tələbələri salamlamış tədbir iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə Göygöl rayon Köşkü kənd tam orta məktəbin direktoru Eldəniz Səttarov, Gəncə Dövlət Universitetinin tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi, gənclərlə iş üzrə təlimçi Maarif Quliyev, Ağdaş Dövlət Humanitar Kollecinin tərbiyə işləri üzrə direktor müavini Elza İskəndərli müxtəlif mövzular ətrafında spiker qismində çıxış ediblər.
Eyni zamanda Ağdaş rayonunun tədbirə dəvət olunan yerli nümayəndəliklərinin üzvləri tədbirdə qonaq qismində iştirak etmişlər. Tədbir tələbələr tərəfindən rəğbətlə qarşılanmış, tələbələrin karyera planlaması ilə bağlı sualları spikerlər tərəfindən ətraflı cavablandırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin