
ANmedia.az-ın məlumatına görə, Milli Ensiklopediyasının redaksiya heyətinə yeni üzvlər təyin edilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov redaksiya heyətinin üzvləri təyin olunub.
AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru Arif Həşimov və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru Kərim Şükürov də redaksiya heyətində təmsil olunacaqlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin