ANmedia.az Trend-ə istinadən xəbər verir ki, sərgidə rəssamın “Avtoportret” və “Güllər” silsilələrinə aid əsərləri - rəsm və heykəltəraşlıq nümunəsi təqdim olunacaq.
Müasir Çin incəsənətinin tanınmış nümayəndəsi olan Yüe Mincünun “Avtoportret” silsiləsindən olan əsərləri dünya incəsənətində əks-səda yaradıb. Həmin silsilədə yaradılan obrazların hamısında geniş təbəssümlü insanlar təsvir olunub. Bəziləri həmin təbəssümü “istehza gülüşü” adlandırır, digərləri isə onun dramatik və kədərli olduğu qənaətindədir. İstənilən halda, həmin obrazlardakı təbəssümlər dərhal yaddaşlara həkk olunur.
Rəssamın digər məşhur silsiləsi “Güllər”di. Həmin əsərlərdə COVID-19 pandemiyasının səbəb olduğu məhdudiyyətlərin yaratdığı fəsadlar rəssamın təxəyyülünə uyğun əks olunur. Belə ki, bu incəsənət nümunələrindəki obrazların üzünü tibbi maska deyil, güllər bağlayır.
Qeyd edək ki, Yüe Mincünun Çinlə yanaşı müxtəlif ölkələrdə - ABŞ, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, Xorvatiya, İndoneziya, İslandiya, İspaniya, İsveçrə, İtaliya, Koreya, Kuba, Niderland, Sinqapur, Tailandda fərdi sərgiləri keçirilib, əsərləri dünyanın tanınmış qalereya və muzeylərinin kolleksiyalarında yer alıb.
Yüe Mincünun Heydər Əliyev Mərkəzində nümayiş olunacaq “Təbəssüm bağı” sərgisi oktyabrın 27-nədək davam edəcək.
ANmedia.az Rəssamın əsərlərindən bir neçəsini oxuculara təqdim edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin