Azərbaycanın adət-ənənələrini, özünəməxsus geyimlərini, yerli ritmini, musiqisini və milli rəqslərini nümayiş etdirən “Azərbaycan Dövlət Rəqs Ansamblı” sənətsevərlərlə görüşüb.
ANmedia.az xəbər verir ki, Dünyanın 60 ölkəsində konsert verən qrup 36 ildən sonra yenidən Hərbiyə Cəmil Topuzlu Açıq Hava Səhnəsində çıxış edib.
Türkiyə və Azərbaycanın dövlət himnləri və bir dəqiqəlik sükutla başlayan tədbirdə tamaşaçılar onların bir birindən maraqlı səhnə şoularını diqqətlə izləyiblər. 1970-ci ildə baletmeyster və xalq artisti Əlibaba Abdullayev tərəfindən yaradılan, 2018-ci ildən xalq artisti Rüfət Xəlilzadənin rəhbərlik etdiyi truppa öz rəqsləri ilə Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Hacı Xanməmmədovun bəstələrini müşayiət edir.
Rəqs kollektivinə milli mədəniyyətin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə "Əməkdar Kollektiv" fəxri adı verilmişdir.
Vasif Şükür
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin