
Mədəniyyət naziri Anar Kərimov Gəncə şəhərinə səfərə gedib.
Anmedia.az xəbər verir ki, nazir Gəncə şəhərində yeni istifadəyə verilmiş Gəncə Dram Teatrında, Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinə, Gəncə Dövlət Kukla teatrına və digər mədəniyyət ocaqlarına baxış keçirəcək, mədəniyyət işçiləri ilə görüşəcək.
A.Kərimov həmçinin Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə də baş çəkəcək.
Sonda nazir Gəncə Dövlət Filarmoniyasında "Şuşa ili" adlı konsert proqramında iştirak edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








