Türkiyənin tanınmış və sevilən fotoqrafı Hülya Akkayanın Bakıda "Simulyasiya" adlı fərdi fotosərgisi keçiriləcək.
Azərbaycan Fotoqrafları Birliyindən (AFB) ANmedia.az-a verilən məlumata görə, sərgi AFB-nin təşkilatçılığı və "NUR Art House" qalereyasının dəstəyi ilə baş tutacaq. Sərgidə Hülya Akkayanın müəllifi olduğu 28 fotosu nümayiş etdiriləcək.
Simulyasiya real aləmdəki proseslərin imitasiyasıdır. Bu səbəbdən də sərgidəki fotolarda dövrlərə səyahəti bildirən güzgülərə rast gəlmək mümkündür. Dövranın başlanğıcı olan qadınların rəsmləri də fikri daha aydın çatdırmağa imkan verir.
28 yanvar saat 17:00-da "NUR Art House"da keçiriləcək sərgiyə hər kəs dəvətlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin