Bakıda ADA Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami Gəncəvi: şair və müdrik. Dəyərlər və müdrikliyə aparan yol" adlı tədbir keçirilib.
Report.az xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin bu görkəmli şair və mütəfəkkirin mühüm irsindən danışıb.
Onun sözlərinə görə, Nizami Gəncəvinin şəxsiyyəti və yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün dünyada tanınır.
İSESCO-nun keçmiş Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bu il 10 illik yubileyini qeyd edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin şairin yaradıcılığının dünyada tanıdılmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
BMT Baş Assambleyasının keçmiş sədri Volkan Bozkır bu gün dünyanın müxtəlif problemlərlə, o cümlədən ərzaq qıtlığı ilə üzləşdiyini bildirib: "Problemlərin birinci mərhələsi COVID pandemiyası dövrünə təsadüf etdi, biz buna hazır deyildik. İkinci qlobal problem Rusiyanın Ukraynaya qarşı təcavüzü və bu müharibənin enerji böhranına və taxıl təchizatı ilə bağlı problemlərə səbəb olan fəsadlarıdır.
O bildirib ki, bir sıra ölkələr ərzaq qıtlığı ilə üzləşdiyindən ərzaq təhlükəsizliyi planet üçün ciddi problemə çevrilib.
Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili öz növbəsində deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti bu cür aktual qlobal problem və çağırışlara cavab tapmağa imkan verir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin