Əməkdar artist Novruz Qartal bu gün sonra vəfat edib.
Anmedia.az xəbər verir ki, bu barədə aktyor Əjdər Dadaşov məlumat verib.
Xatırladaq ki, əməkdar artist bir müddətdir ki, xərçəng xəstəliyindən müalicə olunurdu. Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.
O, "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları ifa edib. Novruz Qartal Azərbaycanın əməkdar artisti fəxri adına və Prezident Mükafatına layiq görülüb.
Allah rəhmət eləsin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin