"Qarabağ" haqqında çəkilən sənədli filmdə klubun indiyədək üzləşdiyi problemlər əksini tapacaq.
Anmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov məlumat verib. Onun sözlərinə görə, filmdə klubun tarixindən bəhs ediləcək: "Bildiyiniz kimi, "Qarabağ" 30 ilədək "qaçqın komanda" olub, doğma Ağdam şəhərində azarkeşləri qarşısında oynaya bilməyib. "Qarabağ" adı daşıdığı üçün kluba qarşı ədalətsizliklər baş verib. Buna görə də filmdə bütün ədalətsizliklər, o cümlədən, hakim haqsızlıqları, bir sözlə, hər şey göstəriləcək".
A.Kərimov ekran əsərində klubun nailiyyətlərinin də əksini tapacağını vurğulayıb: "Bu komanda Azərbaycanı, Qarabağımızı tanıdır, bayrağımızı hər zaman uca tutur, bizi qürurlu edir. Filmdə "Qarabağ" klubunun 30 il ərzindəki şərəfli missiyasına yer veriləcək".
Qeyd edək ki, "Qarabağ" haqqında sənədli film 2022-ci ildə ərsəyə gətiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin