Robotlar beş il sonra ən yaxşı cərrahları keyfiyyətli tibbi əməliyyatları icra etməkdə qabaqlayacaq.ANmedia.az APA-ya istinadən xəbər verir ki, belə bir iddia ilə amerikalı iş adamı İlon Mask çıxış edib."Robotlar bir neçə il ərzində yaxşı cərrahları, təxminən isə beş il ərzində ən yaxşı cərrahları qabaqlayacaqlar," - Mask "X" qeyd edib.Biznesmen əlavə edib ki, onun "Neuralink" şirkəti beyinlərə elektrodlərin yeridilməsi əməliyyatını həyata keçirmək üçün robotlardan istifadə etməyə məcbur olub, çünki insan əlləri bu əməliyyatı tələb olunan sürət və dəqiqliklə yerinə yetirə bilmir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin