
ANmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, beş metrlik bu möhtəşəm skelet, elm adamlarını onun görüntüsünü əfsanəvi "Çin əjdahası" ilə müqayisə etməyə vadar edib.
Bu qədim canlının ən diqqətçəkən xüsusiyyəti - bədən və quyruqdan daha uzun, 32 fəqərədən ibarət olan elastik boynudur. Uzun boynu və qayıqvari ayaqları "Dinocephalosaurus"un tamamilə su həyatına uyğunlaşdığını göstərir.
Elm adamları onun mədəsində yaxşı qorunmuş balıq qalıqları tapıblar, bu da onun sualtı ovçu olduğunu təsdiqləyir.
O da qeyd olunur ki, bu növ ilk dəfə 2003-cü ildə tanınsa da, yalnız indi onun tam skeleti tapılıb və unikal quruluşuna görə "Dinocephalosauridae" adlı ayrıca bir ailəyə ayrılıb.
Çin, ABŞ, Böyük Britaniya və Avropadan olan alimlərin birgə səyi nəticəsində bu canlı Trias dövrünün sirli dəniz həyatına yeni işıq salıb. Alimlərin sözlərinə görə, "Dinocephalosaurus", miflərlə gerçəkliyi birləşdirən, heyranedici bir "əjdaha" obrazıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin