Çin hökuməti xarici bir müəssisənin ölkə ərazisində avtomobil nəqliyyatında qabaqcıl texnologiyaların inkişafı ilə məşğul olan layihəsinin həyata keçirilməsi zamanı məxfi coğrafi məlumatları oğurladığını aşkar edib.ANmedia.az oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi (DTN) məlumat verib.
Bildirilib ki, müəyyən xarici şirkət ağıllı avtomobil idarəetməsi sahəsində tədqiqatlar pərdəsi altında qanunsuz olaraq geoinformasiya çəkilişi və xəritəçəkmə fəaliyyəti həyata keçirib.
"Fəaliyyət geodeziya işlərinin aparılmasına lisenziyası olan Çin tərəfdaşının köməyi ilə aparılıb, o isə iqtisadi maraqların cazibəsinə uyaraq tamamilə xarici müəssisənin kuklasına çevrilib", - deyə xəbərdə bildirilib.
Toplanmış məlumatların çoxu dövlət sirri hesab edilib, çünki hərbi obyektlər və əsas idarələr daxil olmaqla mühüm məkanlar haqqında yüksək dəqiqlikli məlumatları ehtiva edə bilərdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








