“Mercedes-Benz” yenidən dünyanın ən qiymətli avtomobil markası mövqeyini bərpa edib.
“AzPolitika” xəbər verir ki, “Brand Finance”-nin hesabatında belə deyilir.
“Mercedes-Benz” nəinki premium statusunu qoruyub, həm də əməliyyat və maliyyə göstəricilərini yaxşılaşdırıb. Hazırda onun brend dəyəri 1% artaraq 59,4 milyard dollara çatıb.
“Tesla” 2024-cü il reytinqində ikinci yerdə qərarlaşıb - onun dəyəri 12% azalaraq 58,3 milyard dollara düşüb. Yapon brendi “Toyota” üçüncü yeri qoruyub - bu il onun dəyəri 52,7 milyard dollar qiymətləndirilir.
2024-cü ilin TOP 10 ən qiymətli avtomobil markası siyahısına “Porsche”, “BMW”, “Volkswagen”, “Honda”, “Hyundai”, “Ford” və “Audi” də daxildir.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin