Rusiya Federasiyasının Salıma kəndinin səmasında “bulud sunamisi” müşahidə olunub.
Salıma kəndinin səması bir neçə dəqiqə ərzində “bulud sunamisinə” qərq olub. Qeyri-adi hadisə şahidləri qorxudub. Lakin tezliklə də buludlar ötüb-keçib.
Qeyd edək ki, bu tip buludlar ən çox atmosfer sərhədində, həmişə tufanın ön kənarında yaranır. Hadisənin əsas səbəbi hava kütlələrinin rotasiyasıdır. Amma bunun insanlar üçün heç bir təhlükəsi yoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin