Yaxın gələcəkdə süni zəka texnologiyalarının tətbiqilə yox olacağı gözlənilən peşələr müəyyənləşdirilib.
Anmedia.az Report-a istinadən xəbər verir ki, İsveç Əmək Bazarını Qiymətləndirmə və Təhsil Siyasəti İnstitutu (IFAU) tərəfindən aparılmış müvafiq tədqiqatlar nəticəsində texnologiyaların inkişafı nəticəsində bir çox peşələrin tarixə qovuşacağı üzə çıxıb.
Danderud Universiteti Xəstəxanasının ortoped cərrahı Maks Qordonun fikrincə, bəzi həkim ixtisasları da ortadan qalxacaq. Belə ki, indidən sınıqlar süni zəka ilə təyin olunursa, gələcəkdə müalicə təyini, həmçinin təcili yardım, ginekologiya kimi sahələrdə süni zəka tətbiq olunacaq.
Bununla yanaşı, mühasib, fotomodel, dəzgah operatoru, satıcı, kassir, xadimə və s. işlərin də süni zəkanın ixtiyarına keçəcəyi bildirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin