Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi Gürcüstan vətəndaşı olan 46 yaşlı Mixail Lomtadze imiş.
Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ı nə zaman satın aldığı bilinmir. Lakin, bu saytların bağlı olduğu “DİGİTAL CLASSİFİEDS” MMC (VÖEN-1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı olan Mamuka Kırvalıdzedir.
Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. O eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət
edir.
Mənbə: (Manat facebook sosial şəbəkəsi)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin