Anmedia.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qeyd edək ki, Ağ Evin mətbuat xidməti daha əvvəl söhbətin 50 dəqiqə davam etdiyini bildirib. Cümə axşamı Vaşinqton vaxtı ilə saat 15.35-də (Bakı vaxtı ilə 00.35) başlayıb və cümə axşamı 16.25-də (Bakı vaxtı ilə 01.25) başa çatıb.
Peskov daha əvvəl bildirib ki, iki ölkə başçıları arasında telefon danışığı Rusiyanın təşəbbüsü ilə baş tutub. Təmasların məqsədi iki liderin videobağlantı vasitəsilə son danışıqları zamanı müəyyən edilmiş məsələləri müzakirə etmək olub.
Liderlər bir sıra mövzuları, o cümlədən yanvarın 10-da gözlənilən ABŞ-Rusiya danışıqlarını, həmçinin NATO-Rusiya Şurasının iclasını və ATƏT-in ərazisində keçiriləcək görüşü müzakirə etməyi planlaşdırıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin