
“Hindistan pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının təşəbbüslərini dəstəkləyir”.
ANmedia.az xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin katibi Şridharan Madhusudhanan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, pandemiya son illərdə dünyanın əsas çağırışına çevrilib: “Bir çox Afrika ölkələrinin, o cümlədən Qoşulmama Hərəkatının üzvlərinin əhalisinin 50 %-nə peyvənd vurulmayıb”.
Hindistan XİN rəsmisi sülhün və dinc yanaşı yaşamanın təmin edilməsinin vacibliyini qeyd edib: “Hindistan daha yaxşı gələcək naminə Qoşulmama Hərəkatının üzvləri ilə işləməyə hazırdır”.