İlkin məlumatlara görə, 2022-ci ilin yanvar ayında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,5% artaraq 4 675,9 mln. manat təşkil edib.
Anmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, əhalinin hər nəfərinə düşən gəlirlər 465,8 manat olub, bu, illik ifadədə 16,1% çoxdur.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 4 194,2 mln. manatlıq (+16,5%) vəsait qalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin