Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 1,781 mlrd. mlrd. manat xərclənib.
Anmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8% artıb, aylıq müqayisədə isə 3,3 dəfə azalıb. Ərzaq məhsullarına xərclənən vəsaitlər ümumi pərakəndə ticarətinin 49%-ini təşkil edib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən ərzaq məhsullarına 21,744 mlrd. manat, təkcə dekabr ayında isə 5,890 mlrd. manat (son iki ilin ən yüksək göstəricisi) xərclənib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin