
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurası heyətini qəbul edib.
Anmedia.az xəbər verir ki, bu barədə TDT məlumat yayıb. Toplantıda Ağsaqqalar Şurasının sədri Binali Yıldırım və digər rəsmi şəxslər də iştirak edib. Azərbaycanı isə Şuranın üzvü, diplomat Həsən Həsənov təmsil edib.
İclasda Türkiyə Prezidenti fevralın 9-da İstanbulda keçirilən Ağsaqqallar Şurasının XII toplantısı barədə məlumatlandırılıb.
Görüş İstanbul şəhərindəki Vahidəddin köşkündə baş tutub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








