
Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib.
ANmedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiqləyib.
Qeyd edək ki, Saziş 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin