 ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Siyasi Birliyi”nin ilk Zirvə toplantısı Çexiyanın paytaxtı Praqada olub. Qitə ölkələri arasında siyasi əlaqələndirmə platforması rolunu oynayan Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Siyasi Birliyi”nin ilk Zirvə toplantısı Çexiyanın paytaxtı Praqada olub. Qitə ölkələri arasında siyasi əlaqələndirmə platforması rolunu oynayan Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən Avropa Siyasi Birliyinin bütün sammitlərində fəal iştirak edir. Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir.
Avropa Siyasi Birliyinin Praqada keçirilən toplantısı Azərbaycan Prezidentinin böyük diplomatik uğuru ilə yadda qalıb. Daha sonra Prezident İlham Əliyevin Moldovada, Böyük Britaniyada, bu il isə Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammitlərinə dəvət alması və bu tədbirdə iştirakı ölkəmizin xarici siyasətində davamlı uğurlarının və artan beynəlxalq nüfuzunun növbəti təzahürüdür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








