
Azərbaycanda "Akıncı" pilotsuz uçuş aparatları istehsal edilə bilər.
Anmedia.az xəbər verir ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib ki, Azərbaycanın dövlət qurumları Türkiyənin “Akınсı” pilotsuz uçuş aparatları ilə maraqlanır.
“Baykar" olaraq Azərbaycanda bu texnologiyanı inkişaf etdirmək üçün təşəbbüs həyata keçirmək istəyirik. Sözügedən maraq bu texnogiyanın həm inkişaf etdirilməsi, həm də istehsalı ilə bağlıdır: İnşallah Azərbaycanda da belə bir təşəbbüs həyata keçirmək istəyirik. Təşəbbüslərə dəstək verəcək strukturu qurmaq istəyirik”, - deyə o qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








