
Qahirədə “Süni İntellektin Etik Problemlərinə” həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
ANmedia.az xəbər verir ki, 13 aprel 2025-ci il tarixində Misirin paytaxtı Qahirədə "Ethical Issues in AI: Navigating Risks and Responsibilities" adlı beynəlxalq konfrans keçiriləcək. Tədbir Global Research layihəsinin təşkilatçılığı ilə baş tutacaq və dünyanın müxtəlif ölkələrindən alimlər, tədqiqatçılar və sənaye mütəxəssislərini bir araya gətirəcək.
Konfransın əsas məqsədi süni intellektin etik problemlərini, risklərini və onun cəmiyyətə təsirini müzakirə etməkdir. Tədbirdə 15-dən çox ölkədən ekspertlər iştirak edəcək və AI-nin müxtəlif sahələrdə tətbiqi, hüquqi və etik məsələləri haqqında məruzələr təqdim edəcəklər.
Tədbirin proqramı:
- "Data Science AI" Konfransı – Egypt University of Informatics (EUI)
- "Khari Bulbul" mərkəzində görüş – Azərbaycan və Misir arasında mədəni əməkdaşlığın inkişafı
- "Dostluq" Diaspora Mərkəzində Görüş – global tədqiqatçıların şəbəkələşməsi
- Qahirə və İsgəndəriyyə Mədəni-Tarixi Turu – Konfrans iştirakçıları üçün xüsusi ekskursiyalar
Qeyd edək ki, Global Research layihəsinin ilk konfransı 2024-cü ildə Sinqapurda keçirilib. Layihənin üçüncü konfransı isə 16 iyun 2025-ci ildə Azərbaycanın Şuşa şəhərində baş tutacaq.
Tədbirin media tərəfdaşları:
Qeyd edək ki, bu mötəbər proqram "Aydınlar Jurnalı" və ANmedia.az media tərəfdaşlığı ilə həyata keçirilir. Onların dəstəyi ilə konfransın əsas məqamları, ekspert çıxışları və müzakirələr geniş auditoriyaya təqdim olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin