
Polisin gücləndirilmiş rejimdə xidməti paytaxtla yanaşı respublikanın hər bir istiqamətində davam etdirilir.
ANmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Sıxlıq yaranan ərazilərdə hava şəraitinin yaratdığı fəsadların aidiyyəti dövlət qurumları ilə birgə aradan qaldırılması istiqamətində işlər görülür. Yaşayış məntəqələrini birləşdiriən magistrallarda yaranan problemlərin aradan qaldırılması məqsədi ilə operativ tədbirlər görülür. Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hal-hazırda da davam etdirilir”, – qurumun məlumatında qeyd olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin