
Bu gün Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı, publisist Aydın Tağıyevin, Bakı Xoreoqrafiya Akademiyasında, Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə "Mili dəyərlər və Vətəndaşlıq" "Vətən" layihəsi və onun əhəmiyyəti mövzusunda təlim - seminarı keçirilmişdir.
ANmedia.az xəbər verir ki, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Dövlət Himni səsləndirilib.
Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, akademiyanın tələbə və müəllim heyəti iştirak ediblər.
"Vətən” layihəsi 3 ildir ki fəaliyyət göstərir. Layihənin rəhbəri və təsisçisi yazıçı, publisist, tədqiqatçı jurnalist Aydın Tağıyev qeyd edib ki, Vətən” layihəsi heç bir mənfəət ummadan yola çıxan fədayilərin könüllük işidir və əsas amalı şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, gələcək nəsillərə ötürmək, unutdurmamaqdır. Bu layihə nəznində 44 günlük Zəfər savaşı, 23 saatdan artıq davam edən antiterror əməliyyatı zamanı və aprel döyüşləri zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış cəsur qardaşlarımızın həyat və döyüş yolu ailə üzvləri ilə fərdi müsahibələr şəklində yazıya alınaraq kitablaşdırmaqdır. .
Əlavə olunub ki, layihə rəhbəri Aydın Tağıyevin müəllifi olduğu "Vətən Marşı" əsəri də məhz bu layihəyə həsr olunub.
Vətənpərvərlik mövzusunda keçirilən tədbirdə qonaqlar, milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslə ötürülməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi haqqında çıxış ediblər.
Qeyd olunub ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edirlər.
Sonda Xoreoqrafiya Akademiyasının tələbələrindən ibarət qrup ədəbi bədi kompozisiya ilə çıxış ediblər.









Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin