
Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını 2 və 9 martda keçirəcək.
ANmedia.az DİM-ə istinadən buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafikini təqdim edir:
İmtahan tarixi | İmtahan keçiriləcək şəhər (rayon) |
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı | |
2 mart | Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron ( |
9 mart | Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron ( |
Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb.
İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər. (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 2-də imtahan verəcəklər)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin