COP29-la bağlı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb.
ANmedia.az-ın məlumatına görə, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf məlumat verib.
O qeyd edib ki, bu səbəbdən onların iş rejimində hansısa dəyişikliyin olması gözlənilmir.
Ayan Nəcəfin sözlərinə görə, Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq.
“Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq”, - Şura üzvü APA-ya açıqlamasında deyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin