Məktəbəqədər təhsillə əhatə olunan uşaqların 35%i cəlb olunub. 2026-cı ilə qədər 50% ə çatdırılması nəzərdə tutulub.
ANmedia.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, inkişaf üçün məktəbəqədər təhsildə alternativ modellərdən istifadə etməyə ehtiyac var: "Alternativ modellər dedikdə icma əsaslı məktəbəqədər təhsil təhsil nəzərdə tutulub. Bu layihə çərçivəsində 20 mindən çox uşaq bu layihədən yararlanır".
Agentliyin direktoru vurğulayıb ki, ənənəvi bağçalarda 100 mindən çox uşaq təhsil alır:
"Məktəbəqədər təhsil mövzusunda yenilik ondan ibarətdir ki, bağçalara direktor vəzifəsinə qəbul da mərkəzləşdirilmiş qaydada həyata keçirilmişdir. Bu mərhələdə 79 nəfər bu vəzifəyə təyin olunub".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin