Bu barədə anmedia.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirlib ki, yanvar ayı üzrə 431 müraciətçinin 336-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb:
"Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 55, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 18, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 9, digər səbəblər üzrə 13 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 115, Rusiya Federasiyasından 115, Ukraynadan 109, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 63 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 69, iqtisadiyyat üzrə 30, tibb üzrə 29, biznesin idarə edilməsi üzrə 20, stomatologiya üzrə 17 nəfər müraciətçi qeydə alınıb. Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 25 gün təşkil edib".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin