"Bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil".
ANmedia.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, artıq tam rəqəmsal sistemə keçid edilib:
"Əksər hallarda bu proses rəqəmsal aparılıb. Bu bəlkə də 90 faizdən yuxarıdır. Müxtəlif səbəblərdən keçid dövründə çox az sayda universitet tələbələrdən kağız üzərində də sənədlər tələb ediblər. İstənilən halda bu proses portal.edu.az üzərində aparılır, digərlərinə ehtiyac yoxdur. Hesab edirəm ki, növbəti illərdə proses tamamilə rəqəmsallaşacaq".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin