Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 1 052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
ANmedia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ümumilikdə 1 508 nəfər namizədlik üçün müraciət edib. Deputatlığa namizədliyi irəli sürülən 1 462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1 420 nəfərə imza vərəqləri verilib, 1 197 nəfər imza vərəqələrini qaytarıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin