Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.ANmedia.az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.
Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub. Maqomedxan sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








