Bu gün Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Anmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazirlər Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.
Danışıq zamanı Azərbaycan-Ukrayna dostluq münasibətlərinin iqtisadi və bir çox digər sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin