Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb.
ANmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl bu müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin