Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.
ANmedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərarla Komissiyanın üzvləri sırasına “xarici işlər nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini" əlavə edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin