Azərbaycanı özü–özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək Ulu öndər Heydər Əliyevin planlarının başında gəlirdi. Bütün bunlar göstərir ki, Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gedən yolunu hələ o zaman Ümummilli Lider başlamışdı. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün əzəmətli quruculuq işlərinin böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.
O, xalqının yüksək etibarını və ümidini doğrultdu. Heydər Əliyevin hakimiyyət illərində Azərbaycanın qazandığı bir çox uğurları sadalamaq olar, lakin burada başqa məqam var. Əgər bugünkü Azərbaycana baxdıqda cəsarətlə Heydər Əliyevin 20-30 il əvvəldən gördüyünü söyləmək olar. Onun tərəfindən əsası qoyulmuş layihələr ölkənin iqtisadi və sosial inkişafı üçün əhəmiyyət kəsb etdi.
Dahi lider xalqının və ölkəsinin taleyində oynadığı böyük rol əsrlər boyu unudulmayacaq. 90-cı illərin əvvəlində, Sovetlər Birliyinin süqutundan sonra Azərbaycan parçalanma və vətədaş müharibəsinin bir addımlığında idi. Ermənistanın Azərbaycan xalqına qarşı aqressiyası geniş miqyas almışdı. İstisadiyyat, siyasət və digər sahələrdə böhran əsl sınağa çevrilmişdi. Həmin dövrlərdə hakimiyyətdə olanların təcrübəsizliyi və peşəkarlığının olmamasından ölkə ağır vəziyyətdə idi. Bu dövr Azərbaycan üçün həlledici oldu: ya ölkə müstəqil dövlət olacaqdı, ya da separatçı qüvvələrin fəaliyyəti nəticəsində parçalanacaqdı.
Təbii ki, Azərbaycanın inkişaf tarixində Ulu öndər Heydər Əliyev imzası danılmaz faktdır. Dahi şəxsiyyətin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm sürürdü.
Tarixdən məlum olduğu kimi, iqtisadi müstəqillik, iqtisadi qüdrət millətin siyasi müstəqilliyinin bazisini təşkil edir. Bu baxımdan keçən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməl hesab edilməlidir .Bu mənada, Ulu Öndərin bu fəaliyyəti ilə təkcə, İttifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanının möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoydu. Onun ikinci hakimiyyət illərində isə Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı.
Heydər Əliyev fəaliyyətə başladığı ilk gündən sona qədər bütün sahələrində Azərbaycan Respublikasının müstəqilliyinin müdafiəsi və möhkəmlənməsi prinsiplərinə söykənib. “Müstəqillik yolu qədər çətin yol yoxdur”, – deyən müdrik lider bir yanda daxili siyasi, digər tərəfdən də ölkənin milli təhlükəsizliyi problemlərini həll edərək xalqı bu yolla aparırdı. 1999-cu ildə Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin direktorlar şurası sülhsevər siyasət və demokratiyanın inkişafına qoyduğu töhfələrə görə Heydər Əliyevi “XX əsrin görkəmli xadimi” mükafatına layiq görür.
Müstəqil Azərbaycan dövlətinin konstitusiyasında ifadəsini tapan bir çox müddəalar, əslində Ulu öndərin ideya və baxışlarının, hüquqi düşüncələrinin, uğrunda mübarizə apardığı, xalqının xoşbəxt gələcəyini gördüyü amalların hüquq normalarında təcəssümü idi.Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan konstitusiya bir sıra xüsusiyyətləri ilə səciyyələnirdi. Əvvəla, Konstitusiya xalqın iradəsini əks etdirməklə xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olmasını hüquqi cəhətdən rəsmiləşdirdi.
Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gündən-günə modernləşən Azərbaycan Respublikası bu il 101 illiyini böyük ehtiramla qeyd etdiyimiz ulu öndərin işıqlı xatirəsinə ən böyük töhfədir. Milli dövlətimiz durduqca Heydər Əliyev Azərbaycan xalqının qəlbində yaşayacaq, onun nurlu ideyaları daim yolumuza işıq salacaqdır.
Toğrul Abdullayev
BDU-nun 4-cü kurs tələbəsi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin