Füzuli şəhərinə daha 39 ailənin köçü başlayıb.
ANmedia.az “Report”a istinadən xəbər verir ki, 153 nəfər keçmiş məcburi köçkün, o cümlədən Bakı şəhərindən 27 ailə (110 nəfər), Sumqayıt şəhərindən 5 ailə (14 nəfər), Füzuli rayonundan 3 ailə (10 nəfər), Şamaxı rayonundan 2 ailə (8 nəfər), Abşeron rayonundan 1 ailə (7 nəfər), Yevlax şəhərindən 1 ailə (4 nəfər) yola salınıb.
Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.
Köçürülənlərin nəqliyyat vasitələri karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3 132 nəfər) çatacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin