Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılmasına başlanıldığını təsdiq edib.
“ANmedia.az xəbər verir ki, o bunu Rusiya KİV-lərinin sualını cavablandırarkən deyib.
“Bəli, bu belədir”, - D.Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiya sülhməramlıları Azərbaycan, Ermənistan və Rusiya liderləri - İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında Qarabağda yerləşdiriliblər. Sənədə əsasən, onlar 2025-ci ilə qədər bölgədə qala bilərlər.
Kontingentə atıcı silahlarla təchiz edilmiş 1960 hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnika daxil idi.
Xatırladaq ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi barədə sosial şəbəkələrdə görüntülər yayılmışdı.
Xatırladaq ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi barədə sosial şəbəkələrdə görüntülər yayılmışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin