“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək.
ANmedia.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanla birlikdə "Şuşa İƏT Gənclər Paytaxtı - 2024" mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu tədbirlər ilin sonuna qədər davam edəcək: "Əlbəttə, gənclər həmin tədbirlərdə fəal iştirak edəcəklər".
Nazirin sözlərinə görə, hazırda tədbirlərin tarixləri dəqiqləşdirilir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin